• Bakı 18° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ramil Usubovun dünyasını dəyişən kürəkəni ilə bağlı - EKSKLÜZİV DETALLAR

SİYASƏT

05 Oktyabr 2026 | 12:23 | Müəllif: Əli Hüseynov

Ramil Usubovun dünyasını dəyişən kürəkəni ilə bağlı - EKSKLÜZİV DETALLAR

Ramil Usubovun kürəkəni, polis mayoru Kamran Xankişiyev bu gün – oktyabrın 5-də vəfat edib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, o, qəfil dünyasını dəyişib. İlkin məlumatlarda ölümün ürək tutması nəticəsində baş verdiyi bildirilir. Kamran Xankişiyevin iki övladının olduğu qeyd edilir.

Xankişiyev uzun illər Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin 2007-ci il tarixli sərəncamı ilə Kamran Bəylər oğlu Xankişiyev “İgidliyə görə” medalı ilə təltif edilib.

2010-cu ildə DİN-in mətbuat xidmətinə istinadən yayılan məlumatda onun Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı və polis mayoru olduğu bildirilib.

Kamran Xankişiyevin adı həmin illərdə baş vermiş bir hadisə ilə də mediada hallanıb. DİN-in açıqlamasına əsasən, o, tabeliyində olan silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Nazirlik bəzi media orqanlarında hadisənin ilkin olaraq fərqli şəkildə təqdim edildiyini bildirib. Faktla bağlı toplanmış materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərildiyi açıqlanıb.

Sonrakı illərdə Xankişiyevin dövlət strukturlarında fəaliyyətini davam etdirdiyi barədə məlumatlar yayılıb. Müxtəlif media materiallarında onun Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasında çalışdığı da qeyd olunub.

Elcan Musalı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026