• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Keçmiş "ANS"çiyə vəzifə verildi

CƏMİYYƏT

05 Oktyabr 2026 | 09:20 | Müəllif: Günəş Mərd

Keçmiş "ANS"çiyə vəzifə verildi

“MTV Azərbaycan”a yeni İcraçı direktor təyin olunub.

Bakıvaxtı.az yurd.media-ya istinadla xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Sevinc Tahirova təyin edilib.

Sevinc Tahirova sentyabr ayında “MTV Azərbaycan” telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

O, bu vəzifəsinə qədər “VMF Company” şirkətində Marketinq və PR Departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S. Tahirova, 2015–2016-cı illərdə ANS TV-də jurnalist, 2007–2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifələrində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026