Amerikalı iş adamı İlon Mask "süni intellekt" əvəzinə "super intellekt" ifadəsinin istifadəsi ilə bağlı çağırışdan sonra "SpaceX"in süni intellekt bölməsinin adını dəyişəcəyini açıqlayıb.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, Mask "X" sosial şəbəkəsində istifadəçinin "SpaceXAI" adının "SpaceXSI" olaraq dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı sualını cavablandırıb.
O, sözügedən suala: "Bəli, bu dəyişikliyi edəcəyik", - cavabını verib.
Mask yeni adın nə vaxt tətbiq ediləcəyini açıqlamayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabr ayında bundan sonra "süni intellekt" əvəzinə "super intellekt" ifadəsindən istifadə edilməsinin tərəfdarı olduğunu bildirib.
















