• Bakı 21° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Prezident Malayziyaya dəvət edildi

SİYASƏT

05 Oktyabr 2026 | 12:44 | Müəllif: Əli Hüseynov

Prezident Malayziyaya dəvət edildi

Prezident İlham Əliyev Malayziyaya səfərə dəvət olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Malayziyanın Azərbaycanda yeni səfiri Aznifah İsnariah Binti Abdul Qani etimadnaməsini dövlət başçısına təqdim edərkən deyib.

Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib.

Dövlət başçısı həmçinin dəvətə görə təşəkkür edərək onu məmnunluqla qəbul etdiyini vurğulayıb.

Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026