• Bakı 18° C

    1.06 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Qazaxıstana qanunsuz keçən üç iranlı həbs edildi

DÜNYA

05 Oktyabr 2026 | 12:54 | Müəllif: Gülşən Şərif

Qazaxıstana qanunsuz keçən üç iranlı həbs edildi

Manqistau vilayətində Xəzər dənizi vasitəsilə Qazaxıstanın dövlət sərhədini qanunsuz keçən İranın üç vətəndaşı barəsində məhkəmə hökmü çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmənin qərarı ilə hər üç şəxs təqsirli bilinərək Qazaxıstandan deportasiya edilməklə bir il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İranın üç vətəndaşı 2026-cı il iyulun 24-də balıq tutarkən Xəzər dənizindən qanunsuz olaraq Qazaxıstan sərhədini keçib. Onlar Qazaxıstan Sərhəd Xidmətinin hərbçiləri tərəfindən saxlanılıb.

Qazaxıstan Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR