Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişenko ürək-damar xəstəlikləri olan insanlara səyahətlə bağlı tövsiyələr verib.
Bakıvaxtı.az xəbər verir ki, “TASS”ın məlumatına görə, Onişenko ürək-damar problemi olan şəxslərin yaşadıqları iqlim zonasından kənara səyahət etməmələrini tövsiyə edib.
Akademik həmçinin uzunmüddətli uçuşların orqanizmə əlavə yük yaratdığını və bunun ürək-damar xəstəlikləri olan insanlar üçün arzuolunmaz olduğunu bildirib.
Murad İsmayıl
















