• Bakı 17° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Rusiyada zəlzələ baş verdi 

DÜNYA

05 Oktyabr 2026 | 09:35 | Müəllif: Günəş Mərd

Rusiyada zəlzələ baş verdi

Rusiyanın Buryatiya Respublikasında zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "RİA"nın məlumatına görə, yeraltı təkanlar oktyabrın 5-də yerli vaxtla saat 06:54-də (Bakı vaxtı ilə saat 05:54-də) qeydə alınıb.

Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Vahid Geofizika Xidmətinin Baykal bölməsinin mütəxəssisləri zəlzələnin maqnitudasını 4,1 olaraq qiymətləndiriblər.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə isə zəlzələnin gücü 4,4 bal olub. Episentr Ust-Barquzin kəndindən 30 kilometr cənub-qərbdə, Ulan-Ude şəhərindən isə 180 kilometr şimalda yerləşib. Ocaq 10 kilometr dərinlikdə qeydə alınıb.

Məlumata görə, zəlzələ nəticəsində xəsarət alan olmayıb və dağıntı qeydə alınmayıb.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR