• Bakı 19° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Elçin Babayev: Gələcəyin mərkəzində insan dayanır

CƏMİYYƏT

05 Oktyabr 2026 | 10:25 | Müəllif: Günəş Mərd

Elçin Babayev: Gələcəyin mərkəzində insan dayanır

“Gələcək yalnız texnologiyalar deyil, onları yaradan və onlardan düzgün istifadə edən insanlar olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Təhsildə Yeni Çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

Rektor bildirib ki, daha təhsilli vətəndaş formalaşdırmaq əsas məqsədlərdən biridir. Onun sözlərinə görə, gələcəyin insanları savadlı, yaradıcı və yüksək mənəvi dəyərlərə sahib olmalıdır.

Elçin Babayev qeyd edib ki, müstəqil düşünən, müstəqil fikir formalaşdıran və cəmiyyətə töhfə verən nəslin yetişdirilməsi vacibdir.

O vurğulayıb ki, texnologiyaların inkişafının mərkəzində insanın düşüncəsini, yaradıcılığını və məqsədini qorumaq dayanır. Rektorun sözlərinə görə, yaratmaq, düşünmək və məqsədli qərar qəbul etmək insanın əsas üstünlüyüdür.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026