• Bakı 18° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Tramp Braziliyada seçkilərin nəticələrini şərh edib

DÜNYA

05 Oktyabr 2026 | 10:54 | Müəllif: Əli Hüseynov

Tramp Braziliyada seçkilərin nəticələrini şərh edib

Braziliyada keçirilən prezident seçkilərinin birinci turunda 125 milyon nəfər səs verib.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

    Onun sözlərinə görə, nəticələr səsvermə bitəndən qısa müddət sonra, elə həmin gün açıqlanıb.

    Tramp qeyd edib ki, lakin Detroitdə, Filadelfiyada, Kaliforniyada və ABŞ-ın digər çoxsaylı şəhər və ştatlarında isə daha az rəqəmli nəticələrin hesablanması, saxtalaşdırılması həftələr çəkir.

    “Amerikada səsvermə korrupsiyalaşıb”, - Tramp vurğulayıb.

    Qeyd edək ki, Braziliyada prezident seçkilərində Liberal Partiyasının namizədi, senator Flavio Bolsonaro və hazırkı prezident Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Oktyabr 2026