• Bakı 18° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Fransada etirazlar zamanı 5 mindən çox şəxs saxlanılıb

DÜNYA

05 Oktyabr 2026 | 17:45 | Müəllif: Əli Hüseynov

Fransada etirazlar zamanı 5 mindən çox şəxs saxlanılıb

Fransada yuxarı sinif şagirdlərinin və tələbələrin hərəkatı başlayandan bəri 5 mindən çox etirazçı, o cümlədən İl-de-Frans regionunda 800 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, həbs olunanların 85 %-i yetkinlik yaşına çatmayanlardır.

Medianın məlumatına görə, oktyabrın 6-na yeni ümummilli etiraz dalğası və təhsil işçiləri həmkarlar ittifaqlarının tətili planlaşdırılıb.

Hərəkat sentyabrın 17-də Parisin Sen-Sen-Deni və Kretey kimi şəhərətrafı ərazilərində başlayıb, daha sonra isə ölkə ərazisinə yayılıb. Təhsilalanlar müəllim çatışmazlığı, siniflərin həddindən artıq dolu, dərs yükünün həddindən artıq çox olması, binaların pis vəziyyətindən narazıdırlar. Aksiyalar bəzi yerlərdə talan və yanğınlara, eləcə də hüquq-mühafizə qüvvələri ilə toqquşmalara çevrilib. Yuxarı sinif şagirdlərinin etirazları zamanı 24 təhsil müəssisəsi yandırılıb və ya qarət edilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə təxminən 400–500 orta məktəb və liseydə dərslər (tam və ya qismən) müvəqqəti olaraq dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR