Bu ilin sentyabrında Azərbaycanda müntəzəm avtobus marşrutları ilə daşınan sərnişinlərin sayı 50 milyon 594 min 609 nəfər təşkil edib.
Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 22,8 %-lik artım, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 16,3 %-lik artım deməkdir.
















