• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

CHP-dən istefa vermişdi, AKP-yə qoşuldu

SİYASƏT

08 Oktyabr 2026 | 10:57 | Müəllif: Zeynəb Rzayeva

CHP-dən istefa vermişdi, AKP-yə qoşuldu

İyun ayında Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verən İzmirin meri Cemil Tugay ölkənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qoşulub.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, dünən Türkiyə Prezidenti və hakim partiyanın sədri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankarada keçirilən rəsmi mərasimdə partiyaya üzv olub.

CHP-dən istefa verdikdən sonra üç ay ərzində siyasi karyerasını müstəqil olaraq davam etdirən Tugay AKP-yə qoşulmasının ardınca jurnalistlərə açıqlamasında “İzmiri gözəl hadisələr gözləyir” deyə bildirib.

Sədrin keçidi ilə İzmir Böyükşəhər Bələdiyyə Sədrliyi də AKP-yə keçmiş oldu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026