• Bakı 17° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

18 kilometrlik yol yenidən qurulur

CƏMİYYƏT

09 Oktyabr 2026 | 21:59 | Müəllif: Subhan Mahmudov

18 kilometrlik yol yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 7 mindən artıq sakinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunda tikinti işləri davam edir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumnat verilib.

Yolun 2,3 kilometr hissəsində asfalt-beton örtüyü salınıb. Digər hissələrdə torpaq işləri və yol əsasının tikintisi aparılır. 9 nöqtədə suötürücü borular quraşdırılır.

Bildirilib ki, layihənin tamamlanması ilə sakinlərin gediş-gəlişi rahatlaşacaq, nəqliyyat əlaqələri və hərəkət təhlükəsizliyi yaxşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026