• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

BƏƏ təsdiqlədi: Pilot İsraildə böyük terror aktı törədəcəkdi

DÜNYA

09 Oktyabr 2026 | 21:35 | Müəllif: Subhan Mahmudov

BƏƏ təsdiqlədi: Pilot İsraildə böyük terror aktı törədəcəkdi

30 sentyabrda Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsinin ikinci pilotu İsrailin Ben Qurion hava limanında terror aktı törətməyi planlaşdırırdı.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əl-Şəmsi deyib.

"İstintaq nəticəsində məlum olub ki, Oman vətəndaşı olan ikinci pilot əvvəlcədən planlaşdırılmış terror aktı törətməyə cəhd edib. O, təyyarənin idarəsini ələ keçirmək və maksimum sayda itki vermək məqsədilə Təl-Əvivdəki Ben Qurion hava limanının sərnişin terminalında intihar hücumu törətmək niyyətində olub", - deyə o bildirib.

Pilot ekipaj və sərnişinlər tərəfindən zərərsizləşdirilib, daha sonra təyyarə Səudiyyə Ərəbistanına təcili eniş edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026