• Bakı 18° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Brüsseldə 21 etirazçı həbs edilib

DÜNYA

09 Oktyabr 2026 | 19:42 | Müəllif: Subhan Mahmudov

Brüsseldə 21 etirazçı həbs edilib

Brüsseldə (Belçika) polis ən azı 21 nəfəri həbs edib.

Bakıvaxtı.az Belçika mediasına istinadən xəbər verir ki, bu barədə şəhər polisi sosial şəbəkələrdə məlumat yayıb.

"3 həbs inzibati, 18 həbs isə məhkəmə qaydasında həyata keçirilib. Sonuncu qrupda 13 yetkinlik yaşına çatmayan şəxs yer alır. Həbslərin sayı arta bilər", - məlumatda bildirilib.

Bundan başqa, etirazçılarla toqquşmalarda bir polis əməkdaşı xəsarət alıb, o, xəstəxanaya yerləşdirilib.

Bugünkü ümummilli nümayişdə 30-50 min insan iştirak edib.

Daha əvvəl polisin iğtişaş iştirakçılarına qarşı su şırnaqları və gözyaşardıcı qaz tətbiq etdiyi barədə məlumat verilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026