• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Şagirdlərin diqqəti bir-birinin geyiminə deyil, dərslərə yönələcək" - Millət vəkili

SİYASƏT, CƏMİYYƏT

09 Oktyabr 2026 | 16:00 | Müəllif: Gülşən Şərif

"Şagirdlərin diqqəti bir-birinin geyiminə deyil, dərslərə yönələcək" - Millət vəkili

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarına dair tələblərə dəyişiklik edilib. Qərara əsasən, müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. 

Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu fikirlərini Bakıvaxtı.az-la bölüşüb.  

Deputat vurğulayıb ki, Azərbaycan sosial dövlətdir və cəmiyyətimizdə ədalət duyğusu yüksək səviyyədədir:  

“Azərbaycan həmişə cəmiyyətdə sosial ədalətin və bərabərliyin təmin olunması üçün hüquqi baza yaradır, müvafiq qərarlar qəbul edir. Bu, ölkəmizdə ictimai həmrəyliyin gücləndirilməsində və ayrı-seçkiliyin qarşısının alınmasında mühüm rol oynayır. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı da ibtidai və ümumi orta təhsil səviyyələrində təhsil alan uşaqlar və yeniyetmələr arasında ədalət və sosial bərabərlik duyğusunun formalaşdırılmasına xidmət edir. Çünki bu dəyərlər əcdadlarımızdan bizə miras qalan milli mənəvi sərvətlərimizdəndir və onların qorunması hər birimizin borcudur”, – deyə Hikmət Babaoğlu bildirib. 


Hikmət Babaoğlu 

Deputat məktəbli geyimlərinə dair tələblərdə edilən dəyişikliklərin əhəmiyyətini də vurğulayıb.

Onun fikrincə, vahid məktəbli formasının tətbiqi gənc nəslin milli kimlik, bərabərlik və humanizm dəyərləri əsasında formalaşmasına töhfə verə bilər.

“Bu, Azərbaycanın yeni yetişən nəslində əcdadlarımızdan bizə miras qalan bərabərlik, humanistlik və milli kimliyimizə sədaqət kimi dəyərlərin möhkəmlənməsinə xidmət edəcək. Düşünürəm ki, bu qərar alqışlanmalıdır. Qərar təhsilin keyfiyyəti baxımından da mühüm rol oynaya bilər. Məktəb kollektivində şagirdlərin diqqəti bir-birinin geyiminə deyil, dərslərə yönələcək. Məktəblərimizdə sosial-intellektual rəqabət geyim üzərində deyil, biliklərin mənimsənilməsi və elmi öyrənmək istiqamətində formalaşacaq. Bu isə təhsilin keyfiyyəti baxımından strateji əhəmiyyət daşıyır”, – deyə deputat qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026