• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

ABŞ BCM-ə sanksiyalar tətbiq edib

DÜNYA

09 Oktyabr 2026 | 19:03 | Müəllif: Subhan Mahmudov

ABŞ BCM-ə sanksiyalar tətbiq edib

Ağ Ev administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı rəsmi sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio məlumat verib.

Dövlət katibi ABŞ hakimiyyətinin BCM-nin amerikalıları təqib etməsinə heç vaxt icazə verməyəcəyini vurğulayıb:

“Məhz buna görə də bu gün Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir. Biz bu bədnam məhkəmə ilə bütün əməliyyatları qadağan edib, onun resurslarını kəsərək fəaliyyət qabiliyyətini iflic edəcəyik”.

Xatırladaq ki, avqust ayında ABŞ BCM-nin sədri Tomoko Akane və məhkəmənin nümayəndəsi Abdulaye Seye qarşı da məhdudiyyətlər qoymuşdu. İyul ayında isə Marko Rubio Vaşinqtonun BCM-ni qeyri-legitim təşkilat hesab etdiyini və onu “intizama dəvət etmək” üçün addımlar atmağa başladıqlarını bəyan etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026