• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Yarım milyonluq dələduzluq etdi, tutuldu

CƏMİYYƏT

09 Oktyabr 2026 | 15:09 | Müəllif: Əli Hüseynov

Yarım milyonluq dələduzluq etdi, tutuldu

Eyni torpaq sahəsini bir neçə şəxsə satmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilən Ayxan Məlikov (ad və soyad şərtidir) və Qabil Əliyevin (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, A.Məlikov 6 il 2 ay, Q.Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib

    Qeyd edək ki, hər iki şəxs sosial şəbəkələrdə saxta elanlar yerləşdirərək, Xəzər rayonu və digər ərazilərdə eyni torpaqları 50 nəfərə yaxın vətəndaşa satmaqda və 500 min manatadək pul mənimsəməkdə ittiham olunurlar.

    Onlar sənədləşmə prosesində iştirak edərək, özlərini torpaq sahibi qismində müştərilərə təqdim edib.

    Vətəndaşların şikayətləri əsasında faktla bağlı cinayət işi başlanılıb, onlara Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 178.2.2 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə (və ya təkrar törədildikdə) 178.2.4 (xüsusi növ ixtisaslaşmış zərərçəkmişlərə və ya müəyyən üsullarla törədildikdə (xüsusən elektron məlumat sistemlərindən istifadə etməklə)178.3.2 ( külli miqdarda ziyan vurmaqla törədildikdə) 320.1(saxta sənədin hazırlanması, satılması və ya təqdim edilməsi) 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunub.

    məsuliyyətə cəlb olunublar, barələrində həbs qətimkan tədbiri seçilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Oktyabr 2026