• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

İDMAN

09 Oktyabr 2026 | 16:24 | Müəllif: Əli Hüseynov

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, günün yeganə oyununda "Ağdaş" komandası "Hypers"i qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 6:1.

"Hypers" II təsnifat mərhələsində "Şamaxı" ilə üz-üzə gələcək.

Qeyd edək ki, mərhələnin əvvəlki oyunlarında "Qaradağ Lökbatan" "Şəki"ni 12:0, "Ağstafa Gəncləri" "Şəmkir"i 5:1, "Zəngəzur" "Difai"ni 3:1, "Marafon" "Dinamo"nu 3:0, "Kür-Araz" isə "Şirvan"ı 3:1 hesabı ilə üstələyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026