Naxçıvanın Əməkdar jurnalisti, "Şərq qapısı" qəzetinin məsul katibi Məhəbbət Mirzəyeva vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, M.Mirzəyeva uzun illər "Şərq qapısı" qəzetində çalışıb.
O, səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
















