• Bakı 16° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

“Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib

İDMAN

11 Oktyabr 2026 | 23:46 | Müəllif: Əli Hüseynov

“Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib

Türkiyə Super Liqasında VII turun növbəti oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Kocaelispor”u qəbul edib.

    İstanbul təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.

    Meydan sahiblərinin heyətində 18-ci dəqiqədə Orkun Kökçü hesabı açıb. Qonaqlardan Şou 27-ci dəqiqədə bərabərliyi təmin etsə də, 31-ci dəqiqədə Duşan Vlahoviç penaltidən fərqlənərək komandasına qələbə qazandırıb.

    Günün digər qarşılaşmasında “Çorum” səfərdə “Qaziantep”i 3:0 hesabı ilə darmadağın edib. Qonaqların heyətində 37-ci dəqiqədə Cengiz Ünder, 60-cı dəqiqədə Kiziridis və 83-cü dəqiqədə Karlsbakk fərqləniblər.

    “Konyaspor” – “Başakşəhər” görüşündə isə qalib müəyyənləşməyib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qalatasaray” “Kasımpaşa”nı 3:1, “Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u 3:0 hesabı ilə məğlub edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Oktyabr 2026
    10 Oktyabr 2026