Biləsuvarda bir neçə minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
















