• Bakı 17° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

HƏMAS-ın elit bölməsinin komandiri öldürüldü

DÜNYA

11 Oktyabr 2026 | 20:50 | Müəllif: Əli Hüseynov

HƏMAS-ın elit bölməsinin komandiri öldürüldü

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinə endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadının “Nuxba” elit bölməsinin taqım komandiri Hişam Camal Əbu Qalanın öldürüldüyünü bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Əbu Qala 2023-cü il oktyabrın 7-də baş vermiş hücumlar zamanı Kisufim hərbi postuna hücumun təşkilatçılarından biri olub və israillilərin girov götürülməsində iştirak edib.

İsrail ordusunun iddiasına görə, Əbu Qala son dövrlərdə hərbçilərə və İsrail mülki şəxslərinə qarşı hücumlar təşkil edib, həmçinin atəşkəs rejimini dəfələrlə pozaraq HƏMAS-ın döyüş qabiliyyətinin bərpası ilə məşğul olub.

Ordunun mətbuat xidməti bildirib ki, Əbu Qala İsrail üçün yaratdığı təhlükənin aradan qaldırılması məqsədilə həyata keçirilən hava zərbəsi nəticəsində öldürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026