• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bakının bir sıra yollarında hərəkət müvəqqəti tənzimlənəcək

CƏMİYYƏT

09 Oktyabr 2026 | 18:55 | Müəllif: Subhan Mahmudov

Bakının bir sıra yollarında hərəkət müvəqqəti tənzimlənəcək

Oktyabrın 15-də Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə təşkil edilən təlimlə əlaqədar oktyabrın 11-də saat 08:00–13:00 aralığında paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.

Təlim Mehdi Hüseyn, İstiqlaliyyət, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, İzzəddin Həsənoğlu, Yusif Səfərov, Gülarə Qədirbəyova və Niyazi küçələrini, həmçinin Neftçilər və Heydər Əliyev prospektlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından həmin gün səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026