• Bakı 19° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Keçmiş “Dəyirman”çı Bakıda

CƏMİYYƏT

09 Oktyabr 2026 | 14:45 | Müəllif: Əli Hüseynov

Keçmiş “Dəyirman”çı Bakıda

Uzun illərdir Amerikada yaşayan keçmiş “Dəyirman” qrupunun solisti, reper Elmir Teymur Bakıya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, ailəsi ilə birlikdə şəhər gəzintisinə çıxan ifaçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Xatırladaq ki, 2018-ci ildə “Greencard” qazanan E.Teymur ailəsi ilə bərabər ABŞ-yə köçüb. Onun bir qız və bir oğlan övladı var. ABŞ-də yaşasa da, musiqi fəaliyyətini davam etdirir, “Çəngəl EP”, “Qulaq Kəsən Elmir”, “Bəlkə” və “Buradan Ora” kimi treklər buraxıb. 

Qeyd edək ki, “Dəyirman” qrupu 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərib. Qrupda Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və Anar Abdulla olub. Qrup “Ya Qarabağ, Ya Ölüm”, “Sarı gəlin”, “Corc Buş haralıdır?” kimi hit mahnıları ilə Azərbaycan hip-hop tarixində iz qoyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR