• Bakı 19° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

İlham Əliyev: Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir

SİYASƏT

08 Oktyabr 2026 | 11:20 | Müəllif: Zeynəb Rzayeva

İlham Əliyev: Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir

Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, bu əməkdaşlıq formatının geosiyasi əhəmiyyəti energetika və nəqliyyat sahələrindəki birgə layihələrlə məhdudlaşmır.

"Ölkələrimizin sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyi bütün uğurlarımızın əsasını təşkil edir, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin gücləndirilməsinin təminatıdır", - dövlət başçısı vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026