• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Xudatyan: "Azərbaycanla enerji şəbəkələrinin əlaqələndirilməsi müzakirə olunur"

DÜNYA

08 Oktyabr 2026 | 12:53 | Müəllif: Zeynəb Rzayeva

Xudatyan: "Azərbaycanla enerji şəbəkələrinin əlaqələndirilməsi müzakirə olunur"

"İrəvan və Ankara iki dövlətin enerji sistemlərinin əlaqələndirilməsi imkanlarını nəzərdən keçiriblər".

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.

"Biz elektrik enerjisinin ötürülməsini təmin etmək, ehtiyac yarandıqda Türkiyəyə enerji satmaq və ya oradan almaq məqsədilə Gümrü-Qars xəttinin işə salınması məsələsini müzakirə etdik. Bu proses hazırda Gürcüstan və İranla həyata keçirdiyimiz eyni məntiqə əsaslanır", - deyə nazir bildirib.

Xudatyan əlavə edib ki, eyni zamanda, bu istiqamətdə məsələlərin müzakirəsinə Azərbaycanla da başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR