• Bakı 19° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Azərbaycanın xaricdəki səfirliklərinə yeni səlahiyyət verildi

SİYASƏT

09 Oktyabr 2026 | 13:09 | Müəllif: Əli Hüseynov

Azərbaycanın xaricdəki səfirliklərinə yeni səlahiyyət verildi

Azərbaycanın xaricdəki səfirlikləri də çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılmasında iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Nazirlə Kabineti bununla bağlı "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası"nda müvafiq dəyişiklik edib.

Hazırda Azərbaycan Ordusunu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə dövlət orqanları (o cümlədən, konsulluqlar), yerli icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri tərəfindən çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotu aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR