Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyeva ilə kamera qarşısına keçib.
Bakıvaxtı.az xəbər verir ki, ana və qız bir-birlərinə suallar ünvanlayıblar.
Aynişan həmin anları sosial şəbəkə hesabında paylaşaraq “Sizcə, məni nə qədər tanıyır” sualını ünvanlayıb.
A.Haşımova qızı ilə bağlı arzusunu da dilə gətirib. O, Aynişanın filmdə rol almasını, dünya ulduzuna çevrilməsini və çəkildiyi ekran işinin beynəlxalq səviyyədə məşhurlaşmasını istədiyini bildirib.
















