• Bakı 18° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Bakıda NATO-nun təlim kursu keçirilir

CƏMİYYƏT

09 Oktyabr 2026 | 12:13 | Müəllif: Əli Hüseynov

Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycan Ordusunun və tərəfdaş ölkələrin bir qrup hərbi qulluqçusu iştirak edib.

Təlim çərçivəsində iştirakçılara NATO standartlarına uyğun olaraq, sülhməramlı əməliyyat ssenarisi əsasında Hərbi Qərar Qəbuletmə Prosesi çərçivəsində təlimlərin planlaşdırılması və icrası üzrə məşğələlər keçiriləcək.

Bildirilib ki, bu cür təlimlər sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi də keçirilir.

Təlim zamanı hərbi qulluqçuların silahlanmasında olan texnika, təchizat və digər avadanlıqlara baxış keçirilməsi, həmçinin sülhməramlı əməliyyatlar zamanı taktiki tapşırıqların yerinə yetirilməsi üzrə bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR