• Bakı 17° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Müdirini və ərini öldürüb meyitləri restoranda yandırdı

HADİSƏ

09 Oktyabr 2026 | 11:25 | Müəllif: Əli Hüseynov

Müdirini və ərini öldürüb meyitləri restoranda yandırdı

Rusiyanın Vladivostok şəhərində restoran sahibi olan ər-arvadı qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edilib.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, şübhəli şəxs barəsində 1 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisə oktyabrın 7-də baş verib. Restoranda yanğın olması barədə məlumat daxil olduqdan sonra əraziyə xilasedicilər cəlb edilib. Yanğının söndürülməsi zamanı binada zorakılıq əlamətləri olan kişi və qadın meyitləri aşkarlanıb.

Araşdırma zamanı ölən ər-arvadın restoran sahibləri olduğu müəyyən edilib.

Onların işçisi cinayətdə şübhəli bilinərək saxlanılıb.

İlkin məlumata görə, işçi ilə restoranın sahibi olan qadın arasında mübahisə yaranıb. Mübahisə zamanı şübhəli şəxs qadına bir neçə bıçaq zərbəsi endirərək onu öldürüb.

Bundan sonra restorana gələn qadının həyat yoldaşı da hücuma məruz qalıb. Şübhəli şəxs onu beysbol dəyənəyi ilə döyərək qətlə yetirib.

Cinayətin izlərini gizlətmək və hadisəni bədbəxt hadisə kimi göstərmək məqsədilə kişi meyitlərin üzərinə tezalışan maye tökərək onları yandırıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin iki nəfərin qəsdən öldürülməsini nəzərdə tutan 105-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanılıb.

İstintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR