• Bakı 19° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Kiyevdə təcili elektrik kəsintiləri tətbiq edilib

DÜNYA

09 Oktyabr 2026 | 11:35 | Müəllif: Əli Hüseynov

Kiyevdə təcili elektrik kəsintiləri tətbiq edilib

Ukraynanın paytaxtı Kiyevin sağ sahil hissəsində, eləcə də Kiyev vilayətinin Buça və Vışqorod rayonlarında təcili elektrik enerjisi kəsintiləri tətbiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın "DTEK" enerji şirkəti məlumat yayıb.

    Bildirilib ki, elektrik enerjisinin kəsilməsi “Ukrenerqo” şirkətinin göstərişi ilə həyata keçirilib. Gərginliyin olmaması səbəbindən Kiyevin bir neçə rayonunda ictimai nəqliyyatın hərəkətində, o cümlədən trolleybus və metro xidmətində fasilələr yaranıb.

    "DTEK"in məlumatına görə, təcili elektrik kəsintiləri zamanı əvvəlcədən müəyyən edilmiş qrafiklər qüvvədə olmur.

    Paytaxtın sol sahil hissəsində və Kiyev vilayətinin digər rayonlarında isə elektrik enerjisinin verilməsi üzrə planlı qrafiklər tətbiq edilməkdə davam edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Oktyabr 2026