• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Paşinyan Azərbaycan dilində mahnı ilə yürüşə çıxdı - VİDEO 

GÜNDƏM

09 Oktyabr 2026 | 10:40 | Müəllif: Günəş Mərd

Paşinyan Azərbaycan dilində mahnı ilə yürüşə çıxdı - VİDEO

Türkmənistanda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan səhər saatlarında Türkmənbaşı şəhərində velosipedlə yürüşə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan Baş naziri sosial şəbəkə hesablarında bu barədə paylaşım edib və videonun sonunda əli ilə hər zaman etdiyi ürək simvolunu tutub.

Videoda diqqətçəkən məqam isə N.Paşinyanın həmin görüntüləri Azərbaycan dilində səslənən mahnının müşayiəti ilə paylaşması olub.

Mahnının sözlərinin Azərbaycan dilində olması Ermənistan hökumət başçısının izləyiciləri arasında müzakirələrə səbəb olub. Bəziləri Paşinyanın mahnının türkmən dilində olmasını zənn etdiyini bildirib.

Qeyd edək ki, sözügedən mahnını Zeynəb Həsəni adlı azərbaycanlı ifaçı oxuyub. Videodakı musiqinin janrından isə Paşinyanın sözügedən mahnının süni intellekt versiyasını dinlədiyini demək mümkündür. 

Həmin görüntüləri təqdim edirik:

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR