• Bakı 19° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Paşinyan: Türkmənistanda Putinlə ayrıca görüş planlaşdırılmır

SİYASƏT

08 Oktyabr 2026 | 12:09 | Müəllif: Zeynəb Rzayeva

Paşinyan: Türkmənistanda Putinlə ayrıca görüş planlaşdırılmır

Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə rəsmi görüşlər planlaşdırılmır.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərə açıqlamasında deyib.

Bununla belə, o, Rusiya lideri ilə qeyri-rəsmi söhbəti istisna etməyib.

"Rəsmi görüşlər planlaşdırılmır. Əgər prosesin gedişində buna ehtiyac olduğu məlum olarsa, o zaman bu baş tuta bilər", - Paşinyan bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, Türkmənistanda Rusiya Prezidenti ilə müəyyən təmaslar olacaq. "Bu gün və sabah biz eyni tədbirdə (Türkmənistanda MDB sammiti) birlikdə olacağıq. Bu cür formatlarda təmaslar birmənalı şəkildə olur", - Baş nazir əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026