• Bakı 18° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

İstanbulda 7 mərtəbəli bina çökdü - YENİLƏNİB

DÜNYA

08 Oktyabr 2026 | 11:57 | Müəllif: Əli Hüseynov

İstanbulda 7 mərtəbəli bina çökdü - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən yeddimərtəbəli yaşayış binasının dağıntılarının altından bir nəfərin meyiti çıxarılıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Bildirilib ki, hazırda 3 nəfərin axtarışları davam edir.

***

09:02

İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Hadisə oktyabrın 8-də saat 05:40 radələrində Doğu küçəsində baş verib.

Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerinə AFAD, yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.

Binanın çökməyən üst mərtəbələrində qalan şəxslər xilasedicilər tərəfindən təxliyə edilib.

Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Binanın alt 3 mərtəbəsinin hansı səbəbdən çökdüyü hələlik məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026