• Bakı 16° C

    0.49 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Bu marşrutların istiqamətləri dəyişdirildi 

CƏMİYYƏT

08 Oktyabr 2026 | 13:01 | Müəllif: Zeynəb Rzayeva

Bu marşrutların istiqamətləri dəyişdirildi

Bakının Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Marşrutların fəaliyyət istiqamətləri belə olacaq: 120 nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı; 120E nömrəli marşrut Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı; 121E nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – metronun "Əhmədli" stansiyası.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR