• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Məşhur aktrisanın sevgilisi üçün verdiyi qərar gündəm oldu

ŞOU

08 Oktyabr 2026 | 15:30 | Müəllif: Əli Hüseynov

Məşhur aktrisanın sevgilisi üçün verdiyi qərar gündəm oldu

Amerikalı aktrisa Sidni Svininin şəxsi həyatı ilə əlaqədar diqqətçəkən iddia ortaya atılıb. Məşhur aktrisanın sevgilisi Skuter Braunla ailə qurmaq üçün dinini dəyişməyi düşündüyü bildirilir.

Bakıvaxtı.az Metbuat.az-a istinadən xəbər verir ki, ABŞ mətbuatında yayılan məlumatlara görə, xristian olan 29 yaşlı Sidni Svini sevgilisi Skuter Braunun dini olan iudaizmə keçməyi planlaşdırır.

İddiaların əsas səbəbinin isə cütlüyün ailə qurmaq planları olduğu bildirilir. Sidni Svini və Skuter Braunun gələcəkdə övlad sahibi olmaq istədikləri və bu məsələyə ciddi yanaşdıqları qeyd olunur.

Məlumata görə, Sidni Svini yaxın günlərdə ABŞ-nin Konnektikut ştatında yerləşən sinaqoqlardan birində Skuter Braunla birlikdə Roş-Ha-Şana mərasimində iştirak edib.

"Page Six"ə danışan mənbə aktrisanın dinini dəyişməsi məsələsi ilə bağlı iki ravvinlə görüşdüyünü iddia edib.

Sidni Svininin bu addımı sevgilisi ilə gələcəkdə qurmaq istədiyi ailə ilə əlaqələndirilir.

Qeyd edək ki, 45 yaşlı Skuter Braun 2014-2022-ci illərdə Yael Koenlə evli olub. Bu nikahdan onun üç övladı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026