• Bakı 18° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

DÜNYA

08 Oktyabr 2026 | 15:09 | Müəllif: Əli Hüseynov

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir.

    Yeni sanksiyalar Rusiya maliyyə sektoruna, eləcə də “kölgə donanması” ilə əlaqəli şirkət və 12 gəmiyə qarşı yönəlib.

    Sanksiya tətbiq edilən qurumlar arasında "Zarubejneft" şirkəti və “Stolichny Credit” bankının da olduğu bildirilir.

    Böyük Britaniya hökumətinin məlumatına görə, yeni məhdudiyyətlər Rusiyanın maliyyə xidmətləri sektorunda fəaliyyət göstərən və ölkənin neft gəlirlərinin təmin edilməsində rol oynadığı iddia edilən strukturları hədəfə alır.

    “Reuters“in məlumatına görə, yeni paket Rusiyanın neft məhsullarının daşınmasında istifadə olunan “kölgə donanması”na qarşı tədbirləri də əhatə edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR