• Bakı 19° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycan və Gürcüstan arasında investisiya əməkdaşlığı müzakirə olunub

CƏMİYYƏT

08 Oktyabr 2026 | 15:59 | Müəllif: Əli Hüseynov

Azərbaycan və Gürcüstan arasında investisiya əməkdaşlığı müzakirə olunub

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın İnvestisiya Agentliyinin baş direktoru Mixeil Xidureli ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 8-də keçirilən görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi və investisiya əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın uzun illər ərzində Gürcüstan iqtisadiyyatına ən iri sərmayə yatıran ölkələrdən biri olduğu vurğulanıb. Tərəflər Gürcüstanın investisiya mühiti, mövcud imkanlar və qarşılıqlı investisiyaların artırılması perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, yeni investisiya layihələrinin təşviqi və həyata keçirilməsi, həmçinin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi istiqamətində mövcud imkanlar nəzərdən keçirilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026