Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.
Ötən ildən bəri ali səviyyədə artıq beş səfərin həyata keçirildiyini vurğulayan dövlət başçısı qeyd edib:
"Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə olan qarşılıqlı istəyimizi əks etdirir".
















