• Bakı 20° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

“O daha güclü idi, ona görə də uduzdum” - Zelim Tçkayev

İDMAN

07 Oktyabr 2026 | 20:23 | Müəllif: Subhan Mahmudov

“O daha güclü idi, ona görə də uduzdum” - Zelim Tçkayev

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında gümüş medal qazanaraq dünya ikincisi olan Zelim Tçkayev final matçından sonra jurnalistlərin suallarını cavablandırarkən səmimi etiraflar edib.

Bakıvaxtı.az xəbər verir ki, məğlubiyyəti üçün heç bir bəhanə gətirməyən idmançı hakimlərin qərarlarını şərh etməkdən imtina edib.

“Mən heç vaxt hakimliyi şərh etməyi sevməmişəm və indi də bunu etməyəcəyəm. Qələbəni əldən verdiyimi düşünmürdüm, son ana qədər qalib gələcəyimi zənn edirdim. O daha güclü idi, ona görə də uduzdum. Hər hansı bir yorğunluq yox idi, sadəcə o daha güclü idi və mən uduzdum. Bu qədər. Heç bir bəhanə yoxdur”, – deyə dünya ikincisi vurğulayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026