• Bakı 18° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Lerikdə iki ağır qəza: 5 nəfər yaralandı...

HADİSƏ

07 Oktyabr 2026 | 22:57 | Müəllif: Subhan Mahmudov

Lerikdə iki ağır qəza: 5 nəfər yaralandı...

Lerik rayonunda gün ərzində iki ayrı yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, qəzalardan biri rayonun Blaband kəndində baş verib. Sadiq Novruzovun idarə etdiyi VAZ-2121 markalı avtomobil hərəkətdə olarkən UAZ markalı nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində “Niva” markalı avtomobildə olan 3 nəfər xəsarət alıb. Onlardan Lerik rayonunun Pirəsora kənd sakini, 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırovun vəziyyəti ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona kəllə-beyin travması diaqnozu qoyulub və müalicəsi davam etdirilir.

Digər qəza Lənkəran–Lerik magistral yolunun 39-cu kilometrliyində baş verib. Lerik rayonunun Zenoni kənd sakini, 1985-ci il təvəllüdlü Həmid Heybət oğlu Dövlətovun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı sürücü və onun həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayıl Maşallah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisələrlə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026