• Bakı 18° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Paytaxtda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib

CƏMİYYƏT

08 Oktyabr 2026 | 11:17 | Müəllif: Zeynəb Rzayeva

Paytaxtda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib

Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

      Məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.

      Təmir işləri yekunlaşanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib. 170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunur.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      07 Oktyabr 2026