• Bakı 19° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

47 yaşında xərçəngin qurbanı oldu

ŞOU

08 Oktyabr 2026 | 09:48 | Müəllif: Zeynəb Rzayeva

47 yaşında xərçəngin qurbanı oldu

Rusiyalı dizayner, "Cyrille Gassiline" brendinin təsisçisi Kirill Qasilin vəfat edib.

Bakıvaxtı.az Axşam.az-a istinadla xəbər verir ki, o, oktyabrın 4-də 47 yaşında Moskvada dünyasını dəyişib.

Qasilin uzun müddət onkoloji xəstəliklə mübarizə apardıqdan sonra xəstəxanada vəfat edib.

Qeyd edək ki, son illərdə Qasilin nadir hallarda ictimaiyyət qarşısına çıxıb. O, son kolleksiyasını 2019-cu ildə təqdim edib.

Kirill Qasilin peşəkar fəaliyyətinə 2000-ci illərin əvvəllərində başlayıb. 2008-ci ildə qadın geyimləri üzrə "Cyrille Gassiline" brendini təsis edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026