ABŞ İran hakimiyyətinin uranın zənginləşdirilməsi səviyyəsini əhəmiyyətli dərəcədə azaltması üçün hər şeyi edir. Bu, İslam Respublikasına qarşı müharibənin dayandırılmasının əsas şərtidir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Röyters”ə açıqlamasında deyib.
Vens bildirib ki, əgər İran nüvə silahına sahib olmaq istəmirsə, onda niyə 60 faiz zənginləşdirmə səviyyəsinə malik urana ehtiyac duyur?
ABŞ vitse-prezidentinin sözlərinə görə, ABŞ əvvəlki kimi Tehranla saziş bağlamağa hazırdır. Lakin Tehrandan nüvə sahəsində konkret güzəştlər tələb edilir.
O əlavə edib ki, vəziyyət Tehranda son qərarı kimin qəbul etdiyinin hələ də bəlli olmamasına görə çətindir.
















