• Bakı 18° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Azərbaycan əsgəri saxlanılarkən xəsarət alıb - Paşinyan

SİYASƏT

07 Oktyabr 2026 | 17:49 | Müəllif: Günəş Mərd

Azərbaycan əsgəri saxlanılarkən xəsarət alıb - Paşinyan

“Azərbaycan əsgəri (Nəsimi Musayev - red.) saxlanma zamanı heç bir müqavimət göstərməyib və başa düşdüyüm qədərilə xəsarət alıb”. 

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

O, saxlanma kadrlarının yayımlanmamasının məhz bununla bağlı olduğunu istisna etməyib. Paşinyan ümumiyyətlə saxlanılma zamanı çəkilişin aparılıb-aparılmadığını deyə bilməyib, lakin bunu dəqiqləşdirib əlavə məlumat verəcəyini vəd edib. Eyni zamanda, Baş nazir hüquq-mühafizə orqanlarından olan həmkarlarından insanların saxlanma kadrlarının yayımlanmasından çəkinmələrini xahiş etdiyini etiraf edib.

“Daim suallar səslənir: erməni, türk, azərbaycanlı. Bunu vurğulamaqda məqsəd nədir? Bu nə verir? Bu hadisənin bizim mətbuatda müşahidə etdiyimiz bütün spekulyasiyalarla heç bir əlaqəsi yoxdur. İş o yerə çatıb ki, insanlar bərqərar olmuş sülhü şübhə altına alırlar, halbuki bu hadisədən əvvəl də şübhə altına alırdılar. Belə insanlar üçün nə baş verdiyinin, bunun niyə və hansı şəraitdə baş verdiyinin əhəmiyyəti yoxdur”, - Paşinyan əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR