• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

SİYASƏT

07 Oktyabr 2026 | 13:17 | Müəllif: Zeynəb Rzayeva

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

"Bu gün Azərbaycan Rusiya hücumlarından sonra ciddi zərər görmüş elektrik sistemimizi bərpa etmək və istilik mövsümünə hazırlaşmaq üçün Ukraynaya növbəti enerji avadanlığı paketini göndərdi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanın göstərdiyi bu dəstəyi yüksək qiymətləndirdiklərini bildirib:

"Ölkəmizə göstərilən bu qardaşlıq köməyinə görə Prezident İlham Əliyevə, hökumətə və bütün Azərbaycan xalqına minnətdarıq. Bunu heç vaxt unutmayacağıq və Azərbaycanın bu qardaşlıq dəstəyini həmişə xatırlayacağıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR