• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yunanıstanda 8 zəlzələ baş verib

DÜNYA

07 Oktyabr 2026 | 14:33 | Müəllif: Günəş Mərd

Yunanıstanda 8 zəlzələ baş verib

Yunanıstanın Kasos adası sahillərində 8 zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-si gecə yarısından səhər saatlarına qədər olan müddətdə 2,4-4,1 maqnitudalı yeraltı təkanlar baş verib. Ən güclü zəlzələnin episentri Kasosdan 29 kilometr qərbdə yerləşib. 7 dəqiqə sonra adadan 35 kilometr qərbdə 3,9 maqnitudalı zəlzələ baş verib.

Daha sonra 2,4-2,7 maqnitudalı 4 zəif təkan qeydə alınıb. 3,2 maqnitudalı sonuncu zəlzələ səhər saat 10:27-də Kasosdan 22 kilometr qərb-cənub-qərbdə baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026