• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Naxçıvanda vergi nəzarəti tədbirləri keçirilib

CƏMİYYƏT

07 Oktyabr 2026 | 14:19 | Müəllif: Zeynəb Rzayeva

Naxçıvanda vergi nəzarəti tədbirləri keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi, bu məhsulların istehsalı və satışı sahəsində şəffaflığın artırılması və vergi intizamının gücləndirilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı Şərur rayon ərazisində yerləşən istehsal müəssisəsində istifadə müddəti ötmüş və dövriyyədən çıxarılmalı olan aksiz markaları ilə markalanmış alkoqollu içkilərin istehsalı, satışı və satış məqsədilə saxlanması faktları aşkar edilib. Müvafiq sənədləşmələr aparılmaqla həmin mallar siyahıya alınıb və istifadə müddəti ötmüş aksiz markalarının dövriyyədən çıxarılması təmin olunub. Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.

    Dövlət Vergi Xidməti aksizli malların dövriyyəsi sahəsində vergi nəzarətinin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir.


    Naxçıvanda vergi nəzarəti tədbirləri keçirilibNaxçıvanda vergi nəzarəti tədbirləri keçirilibNaxçıvanda vergi nəzarəti tədbirləri keçirilib
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Oktyabr 2026