• Bakı 18° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Prezident Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib

SİYASƏT

09 Oktyabr 2026 | 08:37 | Müəllif: Günəş Mərd

Prezident Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib

Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı bunu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Prezident Donald Tramp 8 avqust 2025-ci ildə təşkil etdiyi Vaşinqton sülh sammitində Azərbaycanla Ermənistan arasında sülhün təşviqində tarixi rol oynadı. Onun sülh prosesinə verdiyi böyük töhfəni nəzərə alaraq, Azərbaycan və Ermənistan mənim təşəbbüsümlə Prezident Trampın Nobel Sülh mükafatına namizədliyini birgə irəli sürüblər.

Səmimi qəlbdən ümid edirik ki, Prezident Trampın bölgəmizdə davamlı sülh yaratmaq üçün tarixi səyləri Bu il Nobel Sülh Mükafatına layiq görülərkən layiqincə qiymətləndiriləcək", - paylaşımda deyilir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026